“Dostluq” yatağının birgə kəşfiyyatı və işlənməsi  əməkdaşlığı yeni səviyyəyə çıxaran sənədlərdən biridir”

“Dostluq” yatağının birgə kəşfiyyatı və işlənməsi əməkdaşlığı yeni səviyyəyə çıxaran sənədlərdən biridir”

07.06.2022 Off By Füzuli İsmayılov

Azərbaycan və Türkmənistan hərtərəfli əməkdaşlığı genişləndirmək niyyətindədir. Bunu Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş dəyirmi masa zamanı deyib.

Onun sözlərinə görə, ölkələr bir çox sahələrdə, xüsusilə, nəqliyyat və energetika sahələrində əməkdaşlığı genişləndirir.

“Azərbaycan hökuməti ilə Türkmənistan hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının birgə kəşfiyyatı və işlənməsi barədə anlaşma memorandumu əməkdaşlığı yeni səviyyəyə çıxaran sənədlərdən biridir”, – səfir deyib.

O əlavə edib ki, iki ölkə arasında əməkdaşlığın fəallaşması nəqliyyat sahəsində də müşahidə olunur. İki ölkə arasında prioritet hədəf birbaşa aviaəlaqənin qurulmasıdır ki, bu istiqamətdə yaxın zamanlarda konkret nəticələr olacaq./Trend

Share