Sergey Lavrov: “Bunu bizim türkiyəli həmkarlarımızla birlikdə etməyə hazırıq”

Sergey Lavrov: “Bunu bizim türkiyəli həmkarlarımızla birlikdə etməyə hazırıq”

08.06.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Rusiya tərəfi Ukrayna limanlarını tərk edən gəmilərin təhlükəsizliyini türkiyəli tərəfdaşları ilə koordinasıyada təmin etməyə hazırdır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

“Ukrayna limanlarından çıxan, boğazlarda hərəkət edən gəmilərin təhlükəsizliyini təmin etməyə hazırıq. Bunu bizim türkiyəli həmkarlarımızla birlikdə etməyə hazırıq”, – Lavrov bildirib.

Onun sözlərinə görə, məsələnin həllində əsas problem Ukrayna limanlarının minalardan təmizlənməsində Kiyevin göstərdiyi inadkarlıqdır, əgər onlar öz münasibətlərini dəyişsələr, Rusiya tərəfdən hər hansı mürəkkəblik yaranmayacaq.

Share