Stend atıcılarımız beynəlxalq yarışda bürünc medal qazanıblar
18.06.2022Hakimiyyet.info.az xəbər verir ki, Beynəlxalq Atıcılıq Federasiyasının (ISSF) Türkiyənin Konya şəhərində keçirilən Qran-Pri yarışında komandamız ilk uğurunu əldə edib. Stend atıcılığının səngər növü üzrə qarışıq komanda yarışında Əli Hüseynli və Alina Rəfixanova bürünc medal qazanıblar.
Qeyd edək ki, Konya Qran-Prisi iyunun 13-də başlayıb. Ölkəmizi yarışda 14 idmançı təmsil edir.











