Miqel Kardona amerikalılar  müəllim çatışmazlığına təəccüblənməməlidirlər

Miqel Kardona amerikalılar müəllim çatışmazlığına təəccüblənməməlidirlər

22.06.2022 Off By Füzuli İsmayılov

Amerikalılar ölkədə müəllim çatışmazlığı və K-12 məktəb sistemində əmək bazarı böhranı nəticəsində yaranan fasilələrə təəccüblənməməlidirlər.

Bunu ABŞ-ın təhsil naziri Miqel Kardona deyib. Təhsil sistemində mövcud problemləri sadalayan Kardona qeyd edib ki, digər sektorlarda işçilərin işə götürülməsi və saxlanmasına dəstək verilir, lakin təhsil sektorunda bu, müəllimlərə nadir hallarda şamil olunur.

Onun sözlərinə görə, mentorluq və praktiki təcrübə üçün səylər artmalı, müəllim təhsili proqramları yenidən qurulmalıdır.

Corctaun Universitetinin hesabatına görə, ştatların lokal məktəb sistemləri Bayden administrasiyasının “Amerika Xilasetmə Planı” vasitəsilə aldıqları ilk 50 milyard dolların təxminən 23,5 faizini kadr məsələlərini həll etmək üçün ayırırlar. Bunun yalnız 4,3 faizi kadrların saxlanması və işə götürülməsinə sərf olunub.

Share