NATO sammitində yeni Strategiya konsepsiyası qəbul ediləcək – Stoltenberq

NATO sammitində yeni Strategiya konsepsiyası qəbul ediləcək – Stoltenberq

29.06.2022 Off By Füzuli İsmayılov

NATO-nun bu gün Madriddə keçiriləcək sammitində alyansın yeni Strategiya konsepsiyası qəbul ediləcək. Bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Qeyd olunur ki, sammitdə NATO liderləri müdafiə xərclərinin artırılmasına sadiqliyini ifadə edəcək.

Bundan başqa, 2023-cü ilə kimi NATO-nun çevik reaksiya qüvvələrinin 40 mindən 300 min nəfərədək artırılması planlaşdırılır.

Qeyd edək ki, NATO-nun sonuncu Strategiya konsepsiyası 2010-cu ildə qəbul edilmişdi.

“HAKİMİYYƏT” qəzeti

Share