Azərbaycan neftinin qiyməti 125 dollara yaxınlaşır

Azərbaycan neftinin qiyməti 125 dollara yaxınlaşır

29.06.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 28-də 124,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,5 dollar/barel çoxdur.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 123,24 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,5 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 81,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 2,32 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 122,94 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,29 dollar/barel çoxdur.

Share