“Qış parkı”nda yanğın

“Qış parkı”nda yanğın

29.06.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Qış parkı”nın yaxınlığında yanğın olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının tikinti aparılan ərazidə baş verdiyi müəyyən olunub. İlkin məlumata əsasən, təqribən 100 m² sahədə tikinti materialları yanıb.

Share