Dəhşətli faciə: Bir ailədən 4 nəfər öldü
02.07.2022Göygöl rayonunda dörd nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Yük avtomobili ilə “VAZ-2107″nin toqquşması nəticəsində bir ailənin 4 üzvü – ata, ana, 18 aylıq körpə və bir qadın dünyasını dəyişib.
Faktla bağlı araşdırmalara başlanılıb.











