Baş prokuror onları təbrik etdi

Baş prokuror onları təbrik etdi

04.07.2022 Off By Füzuli İsmayılov

Hakimlik vəzifələrinə seçilməklə müsabiqədə müvəffəqiyyət əldə etmiş, Bakı şəhəri Sabunçu rayon prokurorunun köməkçisi vəzifəsində işləmiş Rzayeva Aynur Tapdıq qızı və Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsində işləmiş Hüseynov Nahid Nəsir oğlu Azərbaycan Respublikasının Prezidentinin 1 iyul 2022-ci il tarixli sərəncamı ilə müvafiq olaraq Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişlər.

Bu münasibətlə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev 04 iyul 2022-ci il tarixdə Baş Prokurorluğun inzibati binasında qeyd edilən prokurorluq əməkdaşlarını qəbul edib onları prokurorluğun fəxri fərmanı ilə təltif etməklə, gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Həmçinin, Baş prokuror Kamran Əliyev “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Şabran rayon prokuroru Bayramov Mübariz Mehman oğlunu qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar prokurorluğun fəxri fərmanı ilə təltif etmişdir.
Görüşdə tədbir iştirakçıları xatirələrini bölüşüb səmimi söhbətlər etmiş və sonda xatirə fotoşəkli çəkdirmişlər.

Share