Liftin nasazlığı bədbəxt hadisəyə səbəb oldu
05.07.2022Hakimiyyet.info.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, iyulun 04-ü paytaxtın Nərimanov rayonu Həsənoğlu küçəsi, ev 6 -ünvanında yerləşən hündürmərtəbəli binanın liftində texniki nasazlıq səbəbindən əyləcin tutmamasına görə liftin qəflətən bir mərtəbədən sürətlə digər mərtəbəyə düşməsi nəticəsində 1974-cü il təvəllüdlü Zəhra Məmmədovanın ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi müəyyən edilmişdir.
Hazırda faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.











