Bayden Türkiyənin  tələblərini dəstəkləyir

Bayden Türkiyənin tələblərini dəstəkləyir

06.07.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden Türkiyəyə təkmilləşdirilmiş F-16 qırıcılarının satışına razılıq verir. Bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer brifinq zamanı deyib.

“F-16 məsələsi ilə bağlı mövqeyimiz çox aydındır. Biz bu məsələni bir neçə aydır müzakirə edirik. Bayden həqiqətən bu tələbi dəstəkləyir”, deyə Karin Jan-Pyer bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden NATO-nun Madriddə keçirilən sammitindən sonra keçirilən mətbuat konfransında ABŞ-ın Ankaraya F-16 qırıcılarını göndərməli olduğunu deyib.

Share