Rauf Əliyev “Qarabağ” klubunu təbrik edib
14.07.2022Hörmətli klub rəhbərliyi, məşqçi heyəti və komandanın üzvləri, sizi UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyununda Polşanın “Lex” komandasını böyük hesabla məğlubiyyətə uğradaraq ikinci təsnifat mərhələsinə yüksəlməyiniz münasibəti ilə təbrik edir, qarşıdakı oyunlarda yeni-yeni qələbələr qazanaraq Azərbaycan xalqına daim sevinc hisləri bəxş etməyi arzulayıram.
Siz qədim Azərbaycan torpağı olan Qarabağın adını şərəflə daşıyırsınız və bütün dünyada Azərbaycanı ləyaqətlə təmsil edirsiniz. Sizə bu çətin və şərəfli vəzifələrin yerinə yetirilməsində daha yüksək zirvələri fəth etməyi arzulayıram.
Milli Məclisin deputatı, AFFA – nın vitse-prezidenti Rauf Əliyev.











