MƏHŞUR BAKILI DRAMATURQ LEONİD ZORİN VƏFAT ETDİ

31.03.2020 Off By Füzuli İsmayılov

Məhşur dramaturq, Bakıda doğulmuş və həmişə Bakını sevən Leonid Zorin ömrünün 96-cı ilində vəfat etdi. Faciəli xəbəri oğlu, Oksford Universitetinin professoru, filoloq, professor Andrey Zorin bildirib.

Rusiyanın sabiq Baş Naziri Dmitri Medvedyev bakılı yazıçı-dramaturq Leonid Zorini 95 illik yubileyi münasibətilə təbrikindən: “Sizin romanlarınız, povest və hekayələriniz oxucu ilə ciddi və kəskin dialoqunuzdur. Onlarda mühüm həyati əhəmiyyətli məsələlərə cavab axtarılır. Onları müdriklik və optimizm, incə yumor və qüsursuz üslub bir-birindən fərqləndirir. Siz hər zaman teatr incəsənəti həvəskarlarının səmimi marağına və alqışlarına səbəb olursunuz. Ssenariləriniz əsasında çəkilən filmlər Rusiya kinematoqrafiyasının ən yaxşı əsərləri sırasına daxildir”.

Qeyd edək ki, Leonid Zorin 1924-cü il noyabrın 3-də Bakıda anadan olub. O, 1946-cı ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti – red.), 1947-ci ildə isə A.M.Qorki adına Ədəbiyyat İnstitutunun qiyabi şöbəsini bitirib.

Share