Gəncədə hadisə-biri ölü, digəri yaralı

Gəncədə hadisə-biri ölü, digəri yaralı

15.07.2022 Off By Füzuli İsmayılov

Gəncədə sürücü avtomobillə 2 nəfəri vurub.

Daxili İşlər Nazirliyindən bildirilib ki, iyulun 14-də saat 23 radələrində Gəncə şəhərində şəhər sakini O.Nağıyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun kənarında dayanmış Alim Məmmədovu və S.Bağırovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən A.Məmmədov ölüb, S.Bağırovanın vəziyyəti ağırdır. Araşdırma aparılır.

Share