Avtomobil bağça uşaqlarının üzərinə çırpılıb

Avtomobil bağça uşaqlarının üzərinə çırpılıb

20.07.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Yaponiyanın Şizuoka prefekturasında avtomobil bir qrup uşaq bağçasının uşaqları üzərinə çırpılıb. Bu barədə “TBS” agentliyi xəbər verib.

Hadisə piyada keçidində baş verib. Polisdən verilən məlumata görə, Yoşida şəhərində tərbiyəçi və iki uşaq yaralanıb. Məktəbəqədər təhsil müəssisəsinin əməkdaşı özünü uşaqların qabağına verə bilib.

Polis hadisə ilə bağlı araşdırma aparır./Trend

Share