Mahbuba Mirzagaeva Tacikistana verildi
20.07.2022 Baş Prokurorluqdan Hakimiyyet.info.az-a daxil olan məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Kişinyov Konvensiyasının tələblərinə əsasən, Tacikistan Respublikasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Tacikistanın ərazisində cinayət törətmiş Mirzagaeva Mahbuba Abdusamievnanın cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya olunması barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna sorğu edilmişdir.
Belə ki, Mahbuba Mirzagaevanın xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində beynəlxalq axtarış elan olunmuşdur.
Mahbuba Mirzagaeva 19.07.2022-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Tacikistan Respublikasına təhvil verilmişdir.











