Jurnalistlərin binasında yanğın olub

Jurnalistlərin binasında yanğın olub

20.07.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Bakı şəhərinin Səbail rayonunda Jurnalistlər şəhərciyində 1-ci binanın 13-cü mərtəbəsində qəfil yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 60 m² olan mənzilin eyvanında quraşdırılan 1 ədəd kombi aparatı və 2 m² sahədə ev əşyaları yanıb. Hadisə axşam saatlarında baş verib. Yanğın dərhal lokallaşdırılıb və qısa müddətdə söndürülüb.

Share