UEFA Konfrans Liqası: “Qəbələ” səfərdə “Fehervar”a məğlub olub

UEFA Konfrans Liqası: “Qəbələ” səfərdə “Fehervar”a məğlub olub

22.07.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, iyulun 21-də “Qəbələ” futbol klubu UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Macarıstanın “Fehervar” komandasının qonağı olub. Macarıstandakı “Mol Arena”da keçirilən oyunda “Fehervar” 4:1 hesablı qələbə qazanıb.

İsveçli baş hakim Kaspar Syöberqin idarə etdiyi oyunda “Qəbələ”nin heyətində Rafael Utziq fərqlənib. Rəqib komandanın heyətində Kenan Kodro dubl edib. Digər qolları isə Adrian Rus və Budu Zivzivadze vurublar.

Matçın 86-cı dəqiqəsindən “Qəbələ” azlıqda qalıb. Belə ki, müdafiəçi Murad Musayev kobud oyundan sonra ikinci sarı vərəqə ilə meydandan qovulub.

Komandalar arasında cavab oyunu 1 həftə sonra Qəbələdə təşkil olunacaq.

Share