İsrailin hücumları nəticəsində üç suriyalı əsgər ölüb, yeddisi yaralanıb
22.07.2022İsrailin Dəməşq yaxınlığındakı hədəflərə endirdiyi hava zərbələri nəticəsində üç suriyalı hərbi qulluqçu həlak olub. Bu barədə yerli KİV-lər xəbər verib.
Suriyanın “SANA” dövlət xəbər agentliyindən bildiriblər ki, daha 7 nəfər yaralanıb. Suriyanın “Capital Voice” saytı öz növbəsində Suriya hərbçilərinə məxsus obyektlərə dörd zərbə endirildiyini və Dəməşqin cənubundakı Huceyrə şəhərində İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus müvəqqəti saxlama anbarına da hücum edildiyini bildirib.











