Derya Yanık Füzuli rayonuna səfərə gəlib
22.07.2022Hakimiyyet.info.az xəbər verir ki, Türkiyənin Ailə və Sosial Xidmətlər naziri xanım Derya Yanık Füzuli rayonuna səfərə gəlib. Qonağı Prezitentin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayaraq buradakı yaşayış məskənlərində, dini və tarixi abidələrdə, məzarlıqlarda törədilən erməni vandalizmi ilə tanış ediblər. Qonağa Füzuli Beynəlxalq Hava Limanı və hökumətin gələcək planları haqqında məlumat verilib.














