“Qara Məryəm” ləqəbli məhkum həbsxanada öldü
01.08.2022Hakimiyyet.info.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar xidmətin qadın cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən Rahilə Rüstəm qızı İsmayılova ölüb. Onun ölüm səbəbi hələlik açıqlanmır.
Rahilə Rüstəm qızı İsmayılova 2012-ci ildə narkotik ittihamı ilə həbs edilib. İstintaq zamanı onun çoxsaylı oğurluq və cibgirlik cinayətlərinin üstü açılıb.
“Qara Məryəm” ləqəbli Rahilə İsmayılova 5 dəfə məhkumluq həyatı yaşayıb.











