“Qarabağ” – “Ferentsvaroş” oyununa minə yaxın bilet qalıb”

“Qarabağ” – “Ferentsvaroş” oyununa minə yaxın bilet qalıb”

01.08.2022 Off By Füzuli İsmayılov

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ” və Macarıstan “Ferentsvaroş”u arasında keçiriləcək ilk oyun üçün 28 min bilet satılıb.

Bunu “Qarabağ” klubunun mətbuat katibi Gündüz Abbaszadə deyib. Onun sözlərinə görə, oyuna maraq çox böyükdür. “Hazırda satışda minə yaxın bilet qalıb”, – deyə o bildirib.

Qeyd edək ki, “Qarabağ” – “Ferentsvaroş” oyunu avqustun 3-ü saat 20:00-da başlayacaq. Matç Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Share