Ağacların qanunsuz kəsilməsinə qarşı mübarizə davam edir

Ağacların qanunsuz kəsilməsinə qarşı mübarizə davam edir

03.08.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, ağacların qanunsuz kəsilməsi faktları ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunda cinayət işləri başlanmışdır.

Azərbaycan Respublikası Baş Prokurorluğuna daxil olmuş vətəndaşların ərizələri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində Balakən, Bərdə və Ucar rayonlarının ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılmışdır.
Balakən rayonunun Roçəhməd və Qazma kəndində, Bərdə rayonunun Otuzikilər kəndində, Ucar rayonunun Qarabörk kəndində meşə fonduna daxil olmayan ağacların və kolların qanunsuz kəsilməsi nəticəsində ümumilikdə 35min manat ziyan dəymişdir.
Göstərilən faktlar üzrə Cinayət Məcəlləsinin 259.1, 259.2.4-cü (qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilmişdir.

Share