Ağacların qanunsuz kəsilməsinə qarşı mübarizə davam edir

Ağacların qanunsuz kəsilməsinə qarşı mübarizə davam edir

06.08.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, ağacların qanunsuz kəsilməsi faktları ilə bağlı cinayət işləri başlanmışdırBaş Prokurorluğa daxil olmuş vətəndaşların ərizələri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılmışdır.


Belə ki, müəyyən edilmişdir ki, Lənkəran rayonunun Bürcəli kəndində, Balakən rayonunun Püştətala kəndində, Zərdab rayonu, İsaqbağı kəndində meşə fonduna daxil olmayan və Oğuz rayonu ərazisində meşə fonduna daxil olan ağacların və kolların qanunsuz kəsilməsi nəticəsində ümumilikdə 49 min manat ziyan dəymişdir.
Göstərilən faktlar üzrə Cinayət Məcəlləsinin 259.1, 259.2.4-cü (qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilmişdir.

Share