Tovuzda polis polkovniki hadisə törədib-Ölən var
08.08.2022Hakimiyyet.info.az xəbər verir ki, Tovuzda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisənı polis əməkdaşı – Şəmkir Rayon Polis Şöbəsinin Kür qəsəbə bölməsinin rəisi, polis polkovniki Ədalət Sadıqov törədib.
Ədalət Sadıqov “KİA” markalı avtomobillə Tovuz rayonu istiqamətində hərəkətdə olarkən Aşağı Quşçu kənd sakini, 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurub. 26 yaşlı gənc xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı araşdırma aparılır.











