Azərbaycan baş verən yanğınla əlaqədar Kuba ilə həmrəydir
09.08.2022Azərbaycan XİN Kubanın Matanzas şəhərində neft müəssisəsində baş vermiş yanğınla əlaqədar Kuba hökuməti və xalqı ilə həmrəy olduğunu bəyan edib.
Bununla əlaqədar nazirliyin “Twitter“ hesabında paylaşım edilib:
“Biz Kubanın Matanzas şəhərində neft müəsssəsində 17 yanğınsöndürənin itkin düşməsi və bir çoxunun yaralanması ilə nəticələnən yanğınla əlaqədar Kuba hökuməti və xalqı ilə həmrəylik ifadə edirik”, – deyə paylaşımda qeyd edilib./APA











