“Qarabağ” – “Viktoriya” oyununun hakimləri açıqlanıb

“Qarabağ” – “Viktoriya” oyununun hakimləri açıqlanıb

15.08.2022 Off By Füzuli İsmayılov

Bakıda “Qarabağ” və Çexiyanın “Viktoriya” (Plzen) komandası arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununun təyinatları açıqlanıb.

AFFA-nın rəsmi saytında yerləşdirilən məlumatda bildirilir ki, qarşılaşma Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Slavko Vinçicə Tomaz Klancnik və Andraj Kovacic laynsmanlar qismində köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Rade Obrenoviç yerinə yetirəcək.

VAR hakimləri Nejc Kajtazovic və Jure Praprotnik olacaqlar.

Qeyd edək ki, avqustun 17-də keçiriləcək “Qarabağ” – “Viktoriya” görüşü saat 20:45-də başlayacaq.

Share