Kürdəmirdə şəhidlərin xatirəsi anıldı

Kürdəmirdə şəhidlərin xatirəsi anıldı

19.08.2022 Off By Füzuli İsmayılov

44 günlük tarixi qələbəmizin qazanılmasında canlarından keçən fədailərimiz, şəhidlərimiz hər vaxt xalqın qəlbində unudulmaz xatirəyə çevrilib. Onların ailələrinə, əmanətləri olan övladlarına insanlar hamılıqla qayğı göstərməyə çalışır. Bu xeyirxahlıq ənənəsi dövlətin də ilk borcuna çevrilib. Hər bir şəhid ailəsinin diqqət mərkəzində saxlanılması üçün dövlət başçısının məmurlara xüsusi tapşırıq və göstərişləri gündəmin əsas məsələlərindəndir. Əməkdaşımız Dəyanət Kərimov Kürdəmirin Şilyan kəndində şəhidlərdən birinin- Elvin Xeybər oğlu Ömərovun məzarını ziyarət edilərək, yaşadığı evin küçəsində Xatirə lövhəsinin, həmçinin insanlara şəhid adıyla ehsan edilən Bulağın açılışında iştirak edərək redaksiya üçün foto-reportaj hazırlamışdır. Tədbirdə rayonun ziyalıları, şəhid anaları, yazıçı və şairlər, KİV nümayəndələri də iştirak etmişlər. Şəhid Elvin Ömərov barədə onun döyüş yoldaşları, yaxınları, kənd ictimaiyyəti öz xatirələrini danışmış, şəhidlərimizə Allahdan rəhmət diləmişlər.

Share