Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tədris Mərkəzi ləğv edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tədris Mərkəzi ləğv edilib

20.08.2022 Off By Füzuli İsmayılov

Nazirlər Kabineti “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tədris Mərkəzinin yaradılması haqqında” qərarı ləğv edib.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 yanvar tarixli 476 nömrəli Fərmanı ilə İxtisaslaşdırma və İxtisasartırma İnstitutunun ləğv edilməsi tapşırığı verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 may tarixli 209 nömrəli Qərarı ilə bir sıra institutlar, o cümlədən İxtisaslaşdırma və İxtisasartırma İnstitutu ləğv edilib.

Təlim ehtiyaclarının ödənilməsi ilə bağlı dövlət orqanları, özəl şirkətlərlə əməkdaşlıq çərçivəsində fəaliyyət qurulduğundan və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 yanvar tarixli 476 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tədris Mərkəzinin ləğv edilməsi zərurəti yaranıb.

Share