Hədə-qorxu gəlməklə özünü öldürmə həddinə çatdırıb

Hədə-qorxu gəlməklə özünü öldürmə həddinə çatdırıb

20.08.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən daxil olmuş məlumatda bildirilir ki, bu il mayın 8-də Şəki rayon sakini A.Babayevanın (ad və soyad şərtidir) yaşadığı evin həyətyanı sahəsindəki ağacdan özünü asaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanıb.

Aparılmış istintaqla Bakı şəhər sakini S.Məmmədovun (ad və soyad şərtidir) A.Babayevaya məxsus rüsvayedici foto və məlumatları yayacağı ilə bağlı dəfələrlə hədə-qorxu gələrək sonuncunu özünü öldürmə həddinə çatdırmasına əsaslı şübhələr müəyyən edilib.

S.Məmmədova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilib.

Share