Türkiyə və ABŞ F-16-nın tədarükü məsələsini müzakirə ediblər

Türkiyə və ABŞ F-16-nın tədarükü məsələsini müzakirə ediblər

24.08.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Türkiyə Hərbi İdarəsinin mətbuat xidmətinin yayadığı məlumatda bildirilir ki, Türkiyə və ABŞ müdafiə nazirləri Hulusi Akar və Lloyd Ostin Ankaraya F-16 qırıcılarının tədarükü məsələsini telefonla müzakirə ediblər.

Nazirlər NATO çərçivəsində müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq, ikitərəfli və regional məsələlər, terrorizmlə mübarizə, həmçinin F-16-ların tədarükü məsələlərini müzakirə ediblər.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çərşənbə axşamı “Haber Global” telekanalının efirində bildirib ki, Ağ Ev administrasiyası Ankaranın döyüş təyyarələri alması prosesinə müsbət yanaşır.

Share