Azəbaycanda karantinlə bağlı qərar qəbul edildi
25.08.2022Hakimiyyet.info.az xəbər verir ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 noyabr saat 06:00-dək uzadılıb.
Bu barədə Nazirlər Kabineti müvafiq qərar qəbul edib. Bundan əvvəl ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 sentyabr saat 06:00-dək olan dövrü əhatə edirdi.











