Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəs yol qəzasına düşüb. Hadisə Bodrumda baş verib. Sənətçinin içərisində olduğu mikroavtobus yük avtomobili ilə toqquşub və nəticədə yoldan çıxaraq dərəyə yuvarlanıb. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadası cəlb olunub.