KƏMALƏDDİN HEYDƏROVUN SABİQ MÜAVİNİ DÜNYASINI DƏYİŞDİ

KƏMALƏDDİN HEYDƏROVUN SABİQ MÜAVİNİ DÜNYASINI DƏYİŞDİ

26.08.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Fövqəladə hallar nazirinin müavini, general-leytenant Nazim Xeyrulla oğlu Məmmədov dünyasını dəyişib. Uzun müddətdir xəstəlikdən müalicə alan general Nazim Məmmədov bu gün vəfat edib.

Məmmədov Nazim 1951-ci il oktyabrın 8-də Naxçıvan Muxtar Respublikası Ordubad şəhərində anadan olub. Əmək fəaliyyətinə 1973-cü ildə Ordubad şəhərində baytarlıq stansiyasında başlamışdır. 1976-1995-ci illərdə Ordubad şəhərində müxtəlif təşkilatlarda işləmişdir.1995-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində çalışır. 1999-cu ildə isə “Təfəkkür” Universitetinin hüquq fakultəsini bitirib. 2007-cı ilin dekabrından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-leytenantı olmuşdur. 2022-ci il yanvarın 21-də səhhətindəki ciddi problemlərlə əlaqədar vəzifəsindən kənarlaşdırılıb.

Ailəlidir, 3 övladı var.

Allah rəhmət eləsin

Share