Putin ordunun sayını artırmaq barədə fərman imzaladı
27.08.2022Hakimiyyet.info.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin 2023-cü il yanvarın 1-dən Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin sayının 137 min nəfər artırılması haqqında fərman imzalayıb. Bu barədə Rusiyanın hüquqi informasiya internet portalında məlumat yerləşdirilib. Putinin 17 noyabr 2017-ci il tarixli əvvəlki fərmanında Rusiya Silahlı Qüvvələrinin ştat gücü 1 milyon 13 min 628 hərbi qulluqçu daxil olmaqla, 1 milyon 902 min 758 vahid müəyyən edilmişdi. Xatırladaq ki, müharibə başlayandan bəri Rusiya ordusu 46 minə yaxın canlı qüvvə itirib. Eyni zamanda zirehli texnikada ümumi itkilər 6 mini ötür.











