Oqtay Əsədov Tennis Federasiyasının prezidenti seçilib

Oqtay Əsədov Tennis Federasiyasının prezidenti seçilib

01.09.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Azərbaycan Tennis Federasiyasının (ATF) seçki iclası keçirilib. Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutan tədbirdə ATF-yə prezident seçilib.

Oqtay Əsədov növbəti 4 il müddətinə də federasiyanın rəhbəri olacaq. Gülməmməd Cavadov isə vitse-prezident seçilib. İcraiyyə Komitəsi üzvləri Mehman Qocayev, Fərid Şirinov, Salam Əsgərəlizadə və Yalçın Manaflıdır.

Share