Sabiq Baş prokuror Zakir Qaralova ölkədən çıxışına qadağa təsdiqini tapmayıb
06.09.2022Hakimiyyet.info.az xəbər verir ki, son günlər ölkə mediasında və sosial şəbəkələrdə sabiq Baş prokuror Zakir Qaralov işlədiyi dövrdə yol verdiyi nöqsan və cinayətlərə görə ölkədən çıxışına qadağa qoyulması barədə məlumatlar yayılmışdır.
Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildiririk ki, sabiq Baş Prokuror Zakir Qaralovun ölkə xaricinə çıxışına qadağa qoyulması ilə bağlı məlumat tərəfimizdən təsdiq edilmir.











