Baş Prokurorluqda kadr dəyişiklikləri olub
08.09.2022 Off By Füzuli İsmayılovBaş Prokurorluğun Mətbuat xidmətindən Hakimiyyet.info.az-a bildirilib ki, Quba rayon prokurorunun müavini Pərviz Nərimanov tutduğu vəzifədən azad edilərək Bakı şəhər Qaradağ rayon prokurorunun müavini vəzifəsinə, Xaçmaz rayon prokurorunun böyük köməkçisi İsbəndiyar İsgəndərov vəzifəsindən azad edilərək Quba rayon prokurorunun müavini, Nərimanov rayon prokurorunun müavini Elgiz Qənizadə vəzifəsindən azad edilərək Suraxanı rayon prokurorunun müavini, Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Tural Haqverdiyev vəzifəsindən azad edilərək Bakı şəhəri Nərimanov rayon prokurorunun müavini vəzifələrinə təyin olunublar.
Prokurorluq orqanlarında kadr islahatları davam etdirilir.











