Əvəz Zeynallı saxlanılıb, Elçin Sadıqovun evində axtarış aparılır

Əvəz Zeynallı saxlanılıb, Elçin Sadıqovun evində axtarış aparılır

10.09.2022 Off By Füzuli İsmayılov

Əvəz Zeynallı ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluqdan Milli.Az-a bildirilib ki, hazırda istintaq hərəkətləri həyata keçirilir.

“Faktla bağlı cinayət işi başlanılıb. Hazırda istintaq hərəkətləri həyata keçirilir. Əlavə məlumat veriləcək”, – məlumatda deyilir.

Xural internet televiziyasının rəhbəri Əvəz Zeynallının saxlanıldığı bildirilir.

APA-nın məlumatına əsasən bildirilir ki, onun ofisində də axtarış aparılacaq.

Vəkil Elçin Sadıqov da sosial şəbəkədə prokurorluq orqanlarından zəng edərək, ofisində axtarışa gəldiklərini yazıb.

Share