Azərbaycanın 50 hərbi qulluqçusu şəhid olub-SİYAHI

Azərbaycanın 50 hərbi qulluqçusu şəhid olub-SİYAHI

13.09.2022 Off By Füzuli İsmayılov

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub. Hakimiyyet.info.az şəhidlərimizin siyahısını təqdim edir:

  1. MAXE Babazadə Elşən Sahib Oğlu şəhid olub, Qəbələ rayonu, Mıxlıqovaq kəndi. 

2. Qazax rayonu Kəmərli kəndi – şəhid Məmmədov Azər. Əldə etdiyimiz məlumata görə, o, 20 gün qabaq ailə həyatı qurubmuş.

 3. Xızı rayon, Giləzi kəndi – Kapitan Saleh Qurbanov 

4. Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin hərbi qulluqçusu, Naxçıvanın Kəngərli rayonu, Qıvraq qəsəbə sakini, 1994-cü il təvəllüd Fərid Kəmaləddin oğlu Mehbalıyev

5. Qazaxın Daş Salahlı kəndindən Gizir Kərimov Azad Zakir

 6. Saatlı rayonu, Qara Nuru kənd sakini Nəsirov Ülvi  

  7. Zaqatalanın Yuxarı Tala kənd sakini, 1999-cu il təvəllüd Sərxan Mübariz oğlu Ömərov 

 8. Lerik rayonun Əvilə kənd- 1995-ci il təvəllüdlü Sadıqov Şəmistan. O, iki ay öncə ailə həyatı qurubmuş 

  9. Quba rayonunun Vəlvələ kəndi – Ümid İlqar oğlu Həsənovdur. 

 10. Zərdab rayonunun Kəndəbil kəndi – 1994-cü il təvəllüdlü Rüstəmov Fərid Nofəl oğlu 

 11. İsmayıllı Rayon Talıstan kənd sakini – Bədəlov Cavidan Zaur oğlu 

12. Cəlilabadın Əsədli kəndi – gizir Həsənov Səid Sarıbala oğlu. 44 günlük Vətən müharibəsində böyük şücaət göstərən S. Həsənov sağlığında “Döyüşdə fərqlənməyə görə”, “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb. 

13. Şərur rayonu, Yengicə kəndi – 1997-ci il təvəllüdlü Əli Əliyev 

14. Lənkəran şəhər Nərimanabad qəsəbəsi – MAXE Əhədzadə Xəyal Əlövsət oğlu 

 15. Qax rayon, Kəmərli kəndi – 1993-cü il təvəllüd, XTQ zabiti Yunis Qasım oğlu Kazımov

 16. Qobustanın Sündü kəndi – 1997-ci il təvəllüd, XTQ giziri Vadim Alik oğlu Qocayev. Məlumata görə, şəhidimizin bir övladı Vətənə yadigar qalıb. 

17. Xaçmaz Əbilyataq kənd sakini, 1989-cu il təvəllüd baş gizir Elnur Faid oğlu Rüstəmov. Mərhum 3 uşaq atası idi. 

18. Kürdəmirin Dəyirmanlı kənd sakini, 1991-ci il təvəllüd, XTQ giziri Nəzər Ağacəlil oğlu Əzizov 

19. Tovuzdan Əhmədov Feyruz Məzahir oğlu 1985 ci il. Mərhumun 3 övladı var idi. 

20. Ağcabədi şəhər sakini, 1998-ci il təvəllüd Emin Elnur oğlu Fərzəliyev 

21. Astara rayon sakini Cəmil Anar oğlu Qurbanov 

22. Kəlbəcər rayon sakini, 1999-cu il təvəllüd leytenant Ömər Muğan oğlu Şirinov

 23. Şəkinin Kiçik Dəhnə kənd sakini, 2003-cü il təvəllüd hərbçi Nihat Mehman oğlu Qasımov 

 24. Bakının Yasamal rayon sakini, əslən Cəbrayılın Yarəhmədli kəndindən olan 1987-ci il təvəllüd hərbçi Ravil Mübariz oğlu Hümbətov. İki azyaşlı övladı Vətənə əmanət qaldı 

25. Neftçalanın Bankə qəsəbəsinin sakini, 2003-cü il təvəllüd hərbçi Elvin Elçin oğlu Abdullayev

26. Neftçalanın Bankə qəsəbəsinin sakini, hərbçi Rafael Rüfət oğlu Fətullayev  

27. Sabirabadın Axtaçı kənd sakini, 1998-ci il təvəllüdlü hərbçi İsmayıl Məhərrəm oğlu Budaqlı 

28. Leytenant Hümbətov Ravil Mübariz oğlu  

29. Gəncə şəhər sakini, 1998-ci il təvəllüd Erkin Ədalət Hüseynov 

30. Oğuz rayon, Qarabaldır kənd sakini, 1980-ci təvəllüd MAXE hərbçi Nail Adil oğlu Abbasov 

31. Şəmkirin Şeidlər kənd sakini 27.11.1996-cı il təvəllüdlü, MAXE Xəyal Elxan oğlu Süleymanov 

 32. Qobustan rayon Dərəkənd kənd sakini Sadiq Zaur oğlu Əzizli 

 33. Xızının Giləzi qəsəbə sakini, 1990-cı il təvəllüd zabit Saleh Möhübbət oğlu Qurbanov  

 34. Beyləqan rayonu ll Aşıqlı kəndi sakini, hərbçi Mirtalib Mirheydər oğlu Ağazadə 

Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa versin!

Share