XALQ ALİ BAŞ KOMANDANA, DÖVLƏTƏ VƏ ORDUYA İNANIR! MXP-DƏN BƏYANAT

XALQ ALİ BAŞ KOMANDANA, DÖVLƏTƏ VƏ ORDUYA İNANIR! MXP-DƏN BƏYANAT

14.09.2022 Off By Füzuli İsmayılov

Erməni terrorçu ordusunun sentyabrın 13-ü və 14-də gecə saatlarında təxribatı bir daha sübut edir ki, bu ölkənin hərbi-siyasi rəhbərliyi öz mənfur xislətindən əl çəkmir, havadarlarına bel bağlayaraq bölgədə daim münaqişə üçün zəmin yaradır. Bu dəfə də Ermənistanın təxribatı ona çox böyük itkilərlə başa gəldi. Təəssüflər olsun ki, düşmən təxribatının qarşısını alarkən Ordumuz da şəhidlər verib. Müstəqil Xalq Partiyası Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, xalqımıza başsağlığı verir. Allah yaralılarımıza şəfa versin.

44 günlük müharibədə Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında əzəli Qarabağ torpaqlarımızın erməni işğalçılardan azad edilməsindən sonra darmadağın edilən düşmənin sakit durmayacağı aşkar bəlliydi. Bu Müzəffər Ordumuzun Ali Baş komandanı, ölkə rəhbəri cənab İlham Əliyevin müsahibə və bəyanatlarından, dünya gücləriylə görüşlərindəki mesajlarından açıq görsənir. Riyakar düşmən Qələbəmizi həzm edə bilmir. Ermənilər revanşist düşüncələri ilə nəyəsə nail olmağa çalışsalar da, “Dəmir yumruğ”un bu dəfə onların başına necə dəyəcəyi də tam bəllidir. Müharibənin, erməni kimi mənfur qonşusu olan bir ölkənin daima təxribat və diversiyalara məruz qalması təəccüblü deyil.

10 noyabr razılaşmasından sonra sülh sazişindən qaçan Ermənistan Azərbaycanla sərhəddə törədilən təxribata görə birbaşa məsuliyyət daşıyır və beynəlxaq ictimaiyyətin ciddi qınağına çevrilməlidir. Təəssüflər olsun ki, xarici havadarlarına güvənən Ermənistan Qafqazda süni şəkildə yerləşdirilmiş xərçəng xəstəliyidir. Bu xəstəliyi müalicə etməyin də nə qədər çətin olduğunu bilirik. Ancaq xalq Orduya, Ali Baş Komandana güvənərək hər qarış torpaq uğrunda şəhid verməkdən qürur duyur. Bu günlər erməni təxribatı nəticəsində baş verən hadisələrdə açıq-aydın görsənir ki, şəhidlərimizin qanı dərhal alınır, Müzəffər Ordumuz düşməni darmadağın edir. Ancaq xarici havadarları sayəsində ölkəmizin daxilində erməni dəyirmanına su tökən, özünü müxalif kimi göstərənlərin sərsəm bəyanatları yalnız özlərini ifşa edəcək. Bu xalq Prezidentinə güvənir, Ordumuzun qarşıya qoyduğu məqsədlərinə tam nail olacağına inanır. 30 il öncə Qarabağı qoruya bilməyən, Surət Hüseynovu görmədən belə kabinetlərində toyuq kimi gizlənən bu “bəylər” şəhidlərimizin adından öz təxribat niyyətli bəyanatlarıyla heç nəyə nail ola bilməzlər. Ali Baş Komandandan hesabat istəyən yalançı müxaliflərin təxribat xarakterli bəyanatları bir daha onların yenidən hakimiyyətə gəlmək üçün erməniylə qardaş olmağa belə gedəcəklərinə şübhə doğurmur. Belə anda xalqın, dövlətin, şəhid ailəsinin yanında olmaqdansa, iyrənc bəyanatlarla xalqı aldatmağa can atanlar bilməlidir ki, niyyətləri baş tutan deyil.

Müstəqil Xalq Partiyası bəyan edir ki, həmişə ölkə rəhbərinin, Ali baş Komandanın, Müzəffər Ordunun, mübariz əsgərlərimizin yanındadır.

Hacı Əflan İbrahimov -Şirvanşahlı,

Müstəqil Xalq Partiyasının sədri

Share