PFL və “Zirə” klubunun rəhbərliyi arasında görüş olub

PFL və “Zirə” klubunun rəhbərliyi arasında görüş olub

19.09.2022 Off By Füzuli İsmayılov

Peşəkar Futbol Liqasının (PFL) İdarə Heyəti klublarla görüşləri davam etdirir. PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, texniki idman direktoru Elgiz Abbasov və media və marketinq direktoru Sənan Abdullayev bu dəfə Zirədə olublar. Zirə İdman Kompleksinin inzibati binasında “Zirə” klubunun prezidenti Taleh Nəsibov və icraçı direktoru Cahangir Məmmədovun iştirakı ilə görüş keçirilib. E.Səmədov görüşə görə “Zirə” rəsmilərinə təşəkkür edib. Bildirib ki, tanışlıqla yanaşı, əsas məqsəd klubları narahat edən suallara aydınlıq gətirmək, bu barədə qeydlər apararaq araşdırmaq və qısa müddətdə həllinə çalışmaqdır.

“Zirə”nin prezidenti T.Nəsibov isə öz növbəsində PFL prezidenti seçilməsi münasibətilə E.Səmədovu bir daha təbrik edərək, ona heyəti ilə birlikdə uğurlar arzulayıb.

T.Nəsibov rəhbərlik etdiyi klubun məqsədinin yarandığı gündən etibarən imkanları çərçivəsində Azərbaycan futboluna maksimum töhfə vermək olduğunu bildirərək, sevindirici məqamın hər zaman təşkilatçı qurumla qarşılıqlı anlaşma çərçivəsində çalışmaları olduğunu vurğulayıb./AZƏRTAC

Share