Diplomatik pasportu olan Azərbaycan vətəndaşları bu ölkəyə vizasız səfər edəcək

Diplomatik pasportu olan Azərbaycan vətəndaşları bu ölkəyə vizasız səfər edəcək

20.09.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, diplomatik pasportlara malik Azərbaycan vətəndaşları Kambocaya gedərkən viza tələbindən azad olacaq.

Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 23-də keçiriləcək iclasının gündəliyinə “Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi daxil edilib.

Müzakirələrdən sonra sənədin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi nəzərdə tutulur./Trend

Share