İranda 5,2 bal gücündə zəlzələ baş verib

İranda 5,2 bal gücündə zəlzələ baş verib

25.09.2022 Off By Füzuli İsmayılov

İranın cənubunda 5,2 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, təbii fəlakətin episentri Bəndər Abbas şəhərindən 71 km şimal-şərqdə olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Share