Banqladeşdə batan qayıqda  20-dən çox insan ölüb

Banqladeşdə batan qayıqda 20-dən çox insan ölüb

25.09.2022 Off By Füzuli İsmayılov

Banqladeşin şimalında qayığın batması nəticəsində ən azı 23 nəfər həlak olub. Bu barədə “The Bangladesh Observer” qəzeti yerli hakimiyyətə istinadən bildirib.

Məlumata əsasən, ölənlər arasında qadınlar və uşaqlar da var. Təxminən 50 nəfər itkin düşmüş hesab olunur.

Qəzanın səbəbləri barədə məlumat verilməyib./Trend

Share