O, əsl azərbaycanlıdır

O, əsl azərbaycanlıdır

02.10.2022 Off By Füzuli İsmayılov

         Kazım Əliyev amalına sadiq adamdır. Onun amalı isə xalqına, Vətəninə layiqincə xidmət etməkdir. Bunun üçün həmişə yorulmadan çalışır. Geniş qəlbə, böyük istedada malik hüquq sistemində öz dəst-xətti ilə tanınan, böyük hörmət sahibi olan Kazım müəllim son dərəcə sadə və təvazökar bir insandır. Onun həyat və fəaliyyəti təkcə özünə yox, həm də Vətəninə, millətinə layiqli başucalıqdır.

İstedadlı hüquqşünas olmaqla bərabər, həm də gözəl səsə malik müğənnidir. Tez-tez Rusiya Federasiyasının Çelyabinski vilayətində keçirilən dövlət tədbirlərinə dəvət olunur. O,  burada  gözəl ifası ilə tədbir iştirakçılarının rəğbətini qazanır. Çelyabinski şəhərində təkcə azərbaycanlıların deyil, digər millətin yaşlı və gənclərin sevimlisinə çevrilmişdir.

         Fəaliyyət dairəsi olduğca geniş olan Kazım Əliyev burada Azərbaycan Mədəniyyət Mərkəzinin sədridir. Onu da qeyd edim ki, vaxtıilə “Ozan” Azərbaycan Millət Mərkəzini də Kazım müəllim qeydiyyatdan keçirmiş, bir müddət Mərkəzin sədr müavini kimi fəaliyyət göstərmişdir. Onun işgüzarlığı, bacarıqlı, layiqli təşkilatçı olmasını Çelyabinski şəhərində yaşayan bütün azərbaycanlılar məlumdur.

Tanışlıq üçün: Əliyev Kazım Şeyda oğlu 29 avqust 1950 –ci ildə Xaçmaz rayonunda anadan olmuşdur. 1964-cü ildə Xaçmaz  rayonundakı 3 saylı orta məktəbin 8-ci sinifini bitirib. Bakı şəhərindəki  o vaxtkı Böyükşor Texniki Peşə məktəbinə qəbul olub. Suvaqçı peşəsinə yiyələndikdən sonra Sumqayıt şəhərində tikintidə əmək fəaliyyətinə başlayır. 1967-69-cu illərdə Xaçmaz rayon rabitə qovşağında çalışıb. 1969-71-ci illərdə Sovet Ordusu sıralarında Moskva vilayəti Voskreseski şəhərində xidmət edib. 1971-ci ildə ordudan qayıtdıqdan sonra axşam məktəbində təhsilini davam etdirərək Xaçmaz rayon Elektrik şəbəkəsində  fəaliyyət göstərib. 1972-ci ildə Çelyabinski şəhərindəki Hüquq texnikumuna daxil olub. Həmin ildə sıravi polis orqanlarına daxil olur. Polis sistemində işləyə-işləyə SSRİ Daxili İşlər Nazirliyinin Volqoqrad  şəhərindəki Ali Müstəntiqlər İnsititutuna daxil olub. 1975-ci ildə oranı bitirdikdən sonra baş leytenat  rütbəsi ilə sahə müvəkkili vəzifəsinə təyin olunur. 1985-ci ildə ailə vəziyyəti ilə əlaqədar Sumqayıt şəhərinə köçür, müxtəlif müəssisələrində Təkər Xammalı Tədarükündə hüquqşünas, İnvestisiya Bankında hüquqşünas, 2 saylı Mexaniki  Trestində kadrlar şöbəsinin müdiri və hüquqşünas, Sünerfosfor zavodunda  hüquqşünas, Aliminum zavodunda kadrlar şöbəsinin müdiri, 1989-cu ildə Abşeron Regional Su Səhimdar Cəmiyyətində hüquqşünas işləyib. 1990-2000-ci illərdə Çelyabiniski şəhərin Sovetski rayonunun hərbi komİssarlığının hüquqi işlər üzrə köməkçi vəzifəsində çalışıb. 2000-ci ilə təqaüdə çıxdıqdan sonra şəhər Komunal Təsərrüfatı idarəsində əmək rəisi vəzifəsində çalışıb. Hal-hazırda hüquq məsləhətxanası yaradıb, millətindən asılı olmayaraq  hüquqi yardım göstərir. Bir müğənni kimi mahnıları Çelyabiniski şəhərində fəaliyyət göstərən “Çelyabiniski vilayət”, “İntervolna”, “Kontenintal”, radiolarında rus dilində müntəzəm səslənir. Bakı şəhərində də AzTV, İctmai radionun bir neçə dəfə qonağı olmuşdur.

Uzun illər Çelyabinski şəhərində yaşayan Azərbaycanın qeyrətli, mərd iş adamları Kazım müəllim haqqında öz ürək sözlərininbelə bildirirlər.

Abbasov Abbasqulu Bürcəli oğlu:- Zahirən sadə, mehriban, gülərüz, xoşrəftarlı görünən Kazım müəllimin üstünlüyü ondadır ki, ömrü bənzərsizdir.Yəni həyatı özünəmxsus alimənailə yaşayır.Ünsiyyətdə, əməlində doğmalıq var.Elə alnında da müdrükliyin izləri var. Söz-sohbəti çox zəngindir, inama, ümüdə bir körpüdür,həqiqətin əksidir, adamı hikmətə qovuşdurur.

Əliyev Zinəddin Laçın oğlu:- Kazım müəllimistər Azərbacan Mədəniyyət Mərkəzinin sədri kimi, istərsədə hüquqşünas kimiöz peşə borcunu həmişə layiqincə yerinə yetirb. Düz deyiblər vətəndaçlıq borcuna yüksək məsuliyyətlə yanaşan insanlar cəmiyyətdə həmişə böyük nüfuza malik olurlar. Böyük nüfuz sahibi olan Kazım müəllim mənəvi təmizliyi, halallığı hər şeydən uca tutur. Necə deyərlər sozünün ağasıdır.Çalışır ki, hamıya yaxşılıq etsin, ehtiyacı olanlara yardım əlinin uzatsın.

Aslanov Rüstəm Hüseyn oğlu:- Vətənin şərəfi , qeyrəti Kazım müəllimin qanındadır, canındadır. O, torpaqlarımızın müqəddəsliyini öz mənəviyyatında, idrakında yaşadır.Onun üçün həqiqət, ülviyyət, Vətən sevgisindən başlayır. Bu cür ali duyğularla yaşayan insanlarböyük həqiqətə, izzətə malikdirlər.Onların əqidəsi  gənclərə örnəkdir, həyatı mənalıdır, ömrü şərəflidir.

Şirinov İsmayıl Yusif oğlu:- Kazım müəllimin qəlbində düşüncəsində, həyat tərzində yeganə meyar  Vətən qayğısıdır, vətəndaşa məhəbbətdir. Kiminsə köməyinə çatanda, kimə isə yardım edəndə həmin gün Kəzım müəllim özünü xoşbəxt sayır. Mənə elə gəlir ki, əsil insanlıq ləyaqəti də elə bu mənəvi  hissdən başlayır. 

Süleymanov Əmrah Beytulla oğlu:-İstedadlı hüquqşünas gözəl səsə malik müğənniu kimi Çelyabiniski şəhərində ad-san qazanmış Kazım müəllimə müraciət edən hər hansı bir azrbaycanlının problemini öz problemi kimi qəbul etməsi, ona əsas verir ki, o, Vətəninə, torpağınabağlı olan əsl azərbaycanlıdır.

Məmmədov Ədalət İzzət oğlu:-Kazım müəllim bu şəhərdə böyük nüfuz sahibidir. O, həmişə çalışıb ki, şəxsiyyətinə, nüfuzuna xələl gəlməsin. O, heç vaxt şəxsi mənafeyini  digər mənafeylərdən üstün tutmayıb.Onun şəxsiyyətinə və nüfuzuna hörmət gətirən ən böyük amillərdən biri də onun sadəliyi, səmimiliyi, kiçiklə-kiçik, böyüklə-böyük  kimi rəftar və yoldaşlıq etməsidir.

Şirinov Akif Həmid oğlu:-Cəsarət  milli sərvət adlanır. Bu doğurdan da belədir. Cəsarəti olmayan millət kölə vəziyyətində yaşamağa məhkumdur. Bu mənada hər bir fərdin cəsarəti onun mübarizliyinin şıkala  göstəricisidir. Kazım müəllimi də biz həmişə mübariz, cəsarətlibir insan kimi tanıyırıq. Dostluqda, yoldaşlıqda vəfalı, sədaqətli  bir insandır, xeyir-şər adamıdır. Bu hər şeydən əvvəl, onun sadəliyindən,  səmimiliyindən, ağsaqqallığından və müdrüklüyündən irəli gəlir.

Təkəbbürlük,  özünəvurğunluq, mənəm-mənəmlik, keyfiyyətlərindən uzaq olan, sadəliyi, təşkilatçılığı, natiqliyi, dostluqda sədaqətiilə həmişə seçilən el ağsaqqalı Əliyev Kazım Şeyda oğlu bu gün ömrünün müdrüklük çağlarını yaşayır. Ağsaqqal öyüd-nəsihəti, qayğıkeşliyi ilə seçilənKazım müəllimə biz də dünyada hər şeydən qiymətli, əziz olan can salığıarzu edirik. İstəyimiz odur ki, Allah onun çöhrəsində olannuru heç vaxt əksiketməsin. 100 il yaşa, Sən bütün varlığınla buna layiqsən, əziz nəğməkar dostumuz!..

Camal Abdinov, Jurnalist, “Qızıl qələm” mükafatı laureatı

Share