İraqın paytaxtı Bağdad yenidən çalxalanır

İraqın paytaxtı Bağdad yenidən çalxalanır

02.10.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, İraqın paytaxtı Bağdad şəhərinin Tahrir meydanında keçirilən etiraz aksiyası zamanı etirazçılar və hüquq-mühafizə orqanları əməkdaşları arasında toqquşmalar baş verib. Toqquşmalar nəticəsində azı 86 nəfər xəsarət alıb.

Məlumata əsasən, xəsarət alanlardan əksəriyyəti hüquq-mühafizə orqanları əməkdaşıdır.

Bildirilir ki, kütlənin içinə “sızmış elementlər” molotov kokteyli və ov tüfəngləri ilə təhlükəsizlik qüvvələrinə hücum edib.

Share