İranda zəlzələdə yaralananların sayı 500-ə çatır

İranda zəlzələdə yaralananların sayı 500-ə çatır

05.10.2022 Off By Füzuli İsmayılov

Ötən gecə İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonu ətrafında baş verən zəlzələ nəticəsində yaralananların sayı 490 nəfərə yüksəlib.

Trend-in məlumatına görə, bunu İranın Xoy Tibb Elmləri İnstitutunun rektoru Hüseyn Həbibzadə deyib. Onun sözlərinə görə, hazırda yaralılardan 100-ü xəstəxanaya yerləşdirilib.

H.Həbibzadə zəlzələ nəticəsində indiyədək ölüm halının qeydə alınmadığını deyib.

Qeyd edək ki, ötən gecə yerli vaxtla saat 04:00 radələrində İranın Qərbi Azərbaycan vilayətinin Xoy rayonu ətrafında 5,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ Naxçıvan MR-da 5-3 bala qədər hiss olunub.

Share