Proseslər Türkiyənin Avropa üçün açar ölkə olduğunu təsdiqləyir – Ərdoğan

Proseslər Türkiyənin Avropa üçün açar ölkə olduğunu təsdiqləyir – Ərdoğan

07.10.2022 Off By Füzuli İsmayılov

Baş verən proseslər Türkiyənin Avropa İttifaqı və Avropa üçün açar ölkə olduğunu təsdiq edir.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Praqada mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, bunun ən bariz nümunəsi Türkiyənin Rusiya-Ukrayna müharibəsində vasitəçi rolu oynamasıdır.

Ərdoğan bu müharibədə axan qanın dayandırılması üçün böyük səylər göstərdiyini vurğulayıb: “Taxıl koridorunun davamlı şəkildə işləməsi bütün dünya və Ukrayna xalqının xeyrinə olacaq. Bu arada, Rusiya gübrəsinin Türkiyə üzərindən ehtiyacı olan ölkələrə göndərilməsi niyyətindəyik”.

Share