Tramp ABŞ Ali Məhkəməsinə müraciət edib

Tramp ABŞ Ali Məhkəməsinə müraciət edib

07.10.2022 Off By Füzuli İsmayılov

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ABŞ Ali Məhkəməsindən Ədliyyə Departamentinə Floridadakı mülkündə axtarış zamanı ələ keçirilən məxfi sənədlərin tədqiqini müvəqqəti qadağan etməyi xahiş edib.

Bu barədə “New York Times” qəzeti məlumat yayıb.

Məlumata əsasən, dentyabrın sonunda Atlantanın 11-ci dairsəi üzrə Apellyasiya Məhkəməsi Ədliyyə Departamentinin ələ keçirilən məxfi sənədlərin tədqiqi tələbini təsdiqləyib. Bu, Florida məhkəməsinin sənədləri yalnız müstəqil tərəf təyin edilmiş vəkil Reymond Diari tərəfindən araşdırılacağına dair qərarını düzəltmiş oldu.

Lakin D.Trampın vəkillərinin fikrincə, apellyasiya məhkəməsinin belə bir qərar qəbul etmək üçün kifayət qədər səlahiyyəti olmayıb./Trend

Share